“Dəlilin varsa, ortaya qoy, yoxdursa, sus”

12
Apr
2024
20:07
Xəbər verdiyimiz kimi, italiyalı güləşçi Frank Çamizo keçən həftə Bakıda keçirilən güləş üzrə Avropa Olimpiya təsnifat turnirində uduzması üçün ona 300.000 ABŞ dolları məbləğində rüşvət təklif edildiyi iddiası ilə çıxış edib.
 
“Qafqazinfo”nun məlumatına görə, onun bu iddiasına final mərhələsində uduzduğu Turan Bayramov cavab verib.
 
“Məğlubiyyəti qəbul etməyi də bacarmaq lazımdır. Boş və dəlilsiz ittiham sürmək Çamizo kimi tanınmış idmançıya yaraşmaz. Dəlilin varsa ortaya qoy. Yoxdursa, sus və İstanbuldakı yarışa hazırlaş” -  deyə Bayramov ikiqat dünya çempionunun iddisına reaksiya bildirib.
 
Qeyd edək ki, həmin görüşdə fəxri kürsünün ən yüksək pilləsinə qalxan Bayramov Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak hüququ əldə edib.