Britaniya Ukraynaya ən son lazer silahlarını verəcək - The Telegraph

12
Apr
2024
14:49

Britaniya Ukraynaya rus dronlarını və raketlərini vura bilən "DragonFire" lazer silahlarını verməyi planlaşdırır. 

Azreform.info xəbər verir ki, bu barədə "The Telegraph" yazır. Nəşrin yazdığına görə, Britaniya "DragonFire"ı 2027-ci ilə qədər öz arsenalına əlavə etməyi nəzərdə tutur. "Lakin prototipləri 100 faiz tamamlanmasa belə, daha tez Ukraynaya göndərməyi düşünürük", - Britaniyanın müdafiə naziri Qrant Şapps deyib.

Qeyd edilir ki, yeni lazer silahı PUA-ları məhv etmək məqsədilə yaradılsa da, sistem ballistik raketlər kimi daha sürətli hərəkət edən mərmiləri zərərsizləşdirmək üçün kifayət qədər güclüdür.

Mürtəza
Azreform.info