Dünya dəyişsə də, Ermənistan hələ də bütün mənada 1994-cü ildə qalıb - Paşinyan

12
Apr
2024
13:49

“Bizim ən böyük problemimiz odur ki, 1994-cü ildə atəşkəs oldu, amma ondan sonra dünya dəyişdi, biz dəyişmədik, hər mənada 1994-cü ildə qaldıq".

Azreform.info xəbər verir ki, bunu Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, indi isə məqsədlər rəhbərlik etdiyi ölkəni dəyişən dünyaya uyğunlaşdırmaqdır.

44 günlük müharibə zamanı üzləşdikləri çətinliklərə toxunan Paşinyan deyib ki, ən böyük problemlərdən biri, məlum oldu ki, ordunun necə naviqasiya edəcəyini bilməməsi idi. 

"Bəli, bizim günahımızdır ki, 2 il ərzində 30 illik orduya relyefi necə idarə etməyi öyrətməyə vaxtımız olmadı”, - o qeyd edib.

Mürtəza
Azreform.info