Ukraynada fövqəladə təhlükə səviyyəsi elan edildi - Xəritə

12
Apr
2024
13:21

Ukraynada meşə yanğınları təhlükəsi ilə bağlı demək olar ki, bütün ölkə ərazisində fövqəladə təhlükəsizlik barədə xəbərdarlıq edilib.

Azreform.info xəbər verir ki, bu barədə Ukrayna Hidrometeorologiya Mərkəzi məlumat yayıb .

Sinoptiklərin məlumatına görə, aprelin 12-14-də Zakarpat, Volın, Rovno, Jitomir vilayətləri və Krım istisna olmaqla, Ukraynada həddindən artıq yanğın təhlükəsi gözlənilir.

Yanğın təhlükəsinə səbəb isə yüksək hava temperaturu və yağmursuz hava şəraitidir.

Mürtəza
Azreform.info

448224