Türkiyədə meşə yanğını nəzarət altına alındı

11
Apr
2024
21:28

Antalyanın Kəmər rayonunda meşədə başlayan yanğın nəzarət altına alınıb.

Azreform.info  "TRT Haber"-ə istinadən xəbər verir ki, yanğın genişlənmədən qısa zamanda nəzarət altına alınıb.

Hazırda yanğının tam söndürülməsi üçün tədbirlər görülür.

İlkin məlumata görə, 0,3 hektar əraziyə ziyan dəyib.