BMT gərginliklə bağlı xəbərdarlıq edib

10
Apr
2024
20:42

BMT Livan-İsrail sərhədində vəziyyətin gərginləşə biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Azreform.info xəbər verir ki, bu barədə BMT-nin Livandakı sülhməramlı missiyasının komandiri Aroldo Lazaro deyib.

O, belə bir ssenarinin real olduğunu bildirib.

A.Lazaro tərəfləri hərbi əməliyyatları dayandırmağa, atəşkəsə çağırıb.

Qeyd edək ki, İsraillə HƏMAS arasında müharibə 2023-cü il oktyabrın 7-də başlayıb.