Moldova bu türk respublikasını müharibə ilə hədələdi - Rusiyaya müraciət edəcəklər

10
Apr
2024
17:21

Moldova Qaqauziyanın müstəqillik elan etməsinə cavab olaraq qoşun göndərəcəyi ilə hədələyib.

Azreform.info xəbər verir ki, Qaqauziyanın rəhbəri Yevgeniya Qutsul bildirib ki, Moldova belə bir addım atacağı təqdirdə regionun hakimiyyət orqanları Rusiya da daxil olmaqla hər kəsə müraciət edəcək.

Eyni zamanda Qutsul Moldova hakimiyyətinin sağlam düşüncəsinə ümid etdiyini bildirib.

Bundan əvvəl Qutsul bildirmişdi ki, Kişinyov Rumıniya ilə birləşməyə qərar verərsə, Qaqauziya Moldovadan ayrılacaq. Eyni zamanda o, regionun Moldovanın tərkibində qalmaq istədiyini, lakin ölkənin Rumıniya ilə birləşəcəyi təqdirdə “tədbirlər görəcəyini” vurğulayıb.(publika.az)