Kadinin “Qarabağ”a qayıtmaq istəyinə aydınlıq gəldi

10
Apr
2024
00:00

“Krasnodar”ın vingeri Kadi Borgesin agenti Helsio Roberto Alisk müştərisinin “Qarabağ”a qayıda biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.Azreform.info xəbər verir ki/, Braziliya təmsilçisi futbolçunun Rusiya Premyer Liqa klubundan ayrılmaq fikrində olmadığını açıqlayıb.

“Bu barədə deyəcək heç nəyim yoxdur. Kadi Krasnodardakı hər şeydən razıdır”, - agent bildirib.

Qeyd edək ki, daha əvvəl yayılan xəbərlərə görə, Kadi “Qarabağ”a qayıtmaq istədiyi üçün agentinə transfer üzərində işə başlamaq tapşırığı verib.
Xatırladaq ki, Kadi 2021-2022-ci illərdə “Qarabağ”da çıxış edib. Futbolçunun “Krasnodar”la hazırkı əmək müqaviləsi 2026-cı ilin iyun ayına qədər qüvvədədir.(oxu.az)