Toplanışların keçirilməsi qaydasına dəyişiklik təsdiqlənib

4
Apr
2024
16:56

Hərbi vəzifəlilərin təlim toplanışlarına çağırılması qaydasına dəyişiklik təsdiqlənib.

Azreform.info -ın xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Dəyişikliklə qanunun 45.5-ci maddəsinə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilib:

“Müvafiq icra hakimiyyəti orqanı toplanışlara cəlb edəcəyi hərbi vəzifəlilərin sayını müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla müəyyən edir.”.