Cənubi Koreyada bir nəfər robot tərəfindən öldürülüb

9
Noy
2023
18:52

Cənubi Koreyada bağlamaları daşıyan robot bağlama ilə səhv saldığı adamı öldürüb.

Bildirilir ki, 40 yaşlarında olan şirkət əməkdaşı robota nəzarət edən məsul şəxs olub.

Koreyanın Yonhap xəbər agentliyinin məlumatına görə, robot  adamı tərəvəz bağlaması ilə səhv salaraq havaya qaldırıb, daha sonra üzünü və sinəsini əzərək konveyer lentinə sıxıb.

Xəstəxanaya çatdırılan şəxsi xilas etmək mümkün olmayıb.