Ankara-Bakı-İslamabad ittifaqına qarşı ÇİRKİN PLAN

2
Apr
2024
20:07

Hindistan Türkiyə, Pakistan və Azərbaycan arasındakı sıx əlaqələrdən əndişələnərək Ermənistan və Yunanıstanla sıx hərbi əməkdaşlıq qurmaqla Ankara-Bakı-İslamabad birliyinə qarşı çıxmaq istəyir.

Azreform.info xəbər verir ki, bu barədə "Hindi News" nəşrindəki məqalədə qeyd olunub. 

Hindistan Ankara-Bakı-İslamabad ittifaqına zərbə vurmaq üçün Aralıq dənizində Aralıq dənizi regionunda və Cənubi Qafqazda  mövcudluğunu artırmaq istiqamətində addımlar ataraq Yunanıstan və Ermənistanla  hərbi sahədə sıx əməkdaşlığa başlayıb.

Nəşr yazır ki, Qarabağ müharibəsindən sonra Azərbaycan, Pakistan və Türkiyə arasında yaradılmış müttəfiqliyin möhkəmlənməsindən narahat olan Hindistan bu gün bunu öz maraqlarına təhlükə kimi qiymətləndirib və Ermənistanla ikitərəfli münasibətlərini sürətlə genişləndirib. "Ermənistan da Rusiyadan asılılığını azaldıb və Hindistanla müdafiə sahəsində əməkdaşlığı artırıb.

Hindistan “Pinaka” çoxlüləli reaktiv yaylım atəşi sistemi, 155 mm-lik haubitsa və “Akaş” hava hücumundan müdafiə sistemi kimi öldürücü silahlar ixrac edib. Bundan başqa, Ermənistan Amerika və İranla da müdafiə əlaqələrini genişləndirir. Hələ ötən il erməni əsgərləri ABŞ ordusu ilə birgə hərbi təlimlər keçirib. 

Yunanıstan və Hindistan Türkiyənin regionda artan rolundan eyni dərəcədə narahatdır. Belə vəziyyət daha bir regional ittifaqın yaranması üçün konkret imkanlar yaradır. Hindistanlı siyasi ekspert Maheş Rancan Debta hesab edir ki, alyans regionda Azərbaycan-Türkiyə-Pakistan birgə qüvvələrinə qarşı balanslaşdırıcı qüvvə ola bilər. Lakin bu, Rusiyanı qəzəbləndirə bilər", -nəşr yazır.

Mürtəza
Azreform.info