Hansı təzyiqdə dərman qəbul etmək vacibdir?

2
Apr
2024
03:07

Nəzarətə alınmayan yüksək təzyiqin sonu insultdur.

“Medicina” xəbər verir ki, kardioloq Vladimir Qlaqolev insultdan qorunmaq üçün artıq hansı mərhələdə dərman qəbulunun vacibliyini açıqlayıb.

“Çox insanlar bəzən az yüksək təzyiqi normal, iş təzyiqi və təhlükəsiz hesab edir. Bu mənim iş təzyiqimdir, buna alışmışam, özümü yaxşı hiss edirəm. Halbuki artıq 135-dən yuxarı təzyiq infarkt və insult riskini artırır.

Sistolik yuxarı təzyiq 130-u keçdisə, patologiyalar riski artır.

140/90 civə sütununda daimi təzyiq artıq dərman qəbul etmək üçün əsasdır.

Uyğun seçilmiş dərman insult riskini effektiv azaldır.

Kontrola alınmayan təzyiq xəstəsi ensefalopatiya, demensiya, böyrək çatışmazlığı ilə də qarşılaşa bilər.

130-a çatan təzyiqi həkimlə məsləhətləşmək lazımdır.

İlk öncə çəkini azaltmaq, qidanı dəyişmək, siqaret, içkidən imtina olmalıdır. Bununla belə, təzyiq 135-i keçirsə, uyğun dərman mütləqdir”.