Kənd təsərrüfatı nazirliyində sahibkarlarla görüş keçirilib

4
Dek
2023
10:33

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə sahibkarların kənd təsərrüfatı naziri Məcnun Məmmədovla görüşü keçirilib. Görüşdə Kənd Təsərrüfatı Nazirliyinin müvafiq bölmələrinin rəhbər şəxsləri iştirak ediblər.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Azreform.info-ya bildirilib ki, tədbiri açan Konfederasiyanın Baş katibi Natəvan Məmmədova dövlət-özəl sektor dialoqunun səmərəliliyi, bu platformanın iqtisadiyyatımızın inkişafındakı rolu barədə danışıb. O, tədbirdə kənd təsərrüfatının müxtəlif sahələrini əhatə edən 100-ə yaxın sahibkarın iştirak etdiyini bildirib.