KTMT daxilindəki gərginlik Ermənistanın Rusiyaya ixracını ləngidirmi?

3
Dek
2023
11:24

Ermənistan-Rusiya münasibətlərinin pisləşməsi fonunda Ermənistandan ixracatçılar Rusiya Federasiyasına məhsul idxal edərkən problemlərlə üzləşiblər. İrəvan baş verənlərdə siyasi motiv görür və ixracı şaxələndirməyə çağırır.

Ermənistanın Rusiyadakı səfirliyinin gömrük attaşesi Vaan Akopyanın sözlərinə görə, hazırda sərhədin Gürcüstan və Rusiya tərəfində yerləşən “Verxniy Lars” keçid məntəqəsində 1700-dən çox erməni yük maşını toplanıb və keçidi gözləyir. Müşahidəçilər bunu qismən hava şəraiti ilə izah edərək vurğulayırlar ki, ötən cümə günündən etibarən Ermənistandan kənd təsərrüfatı məhsulları daşıyan yük maşınlarının Rusiyaya girişi fitosanitar yoxlamaların sərtləşdirilməsi səbəbindən nəzərəçarpacaq dərəcədə çətinləşib.

Yerevan hakimiyyəti hazırkı vəziyyətin çox güman ki, siyasi səbəblərdən qaynaqlandığını deyir. Onların fikrincə, baş verənlər Ermənistanı ixrac strategiyasına yenidən baxılması barədə düşünməyə sövq edir.

Azreform.info