BOK mart ayında Rusiyanın Olimpiadada iştirakı ilə bağlı qərar verəcək

3
Dek
2023
09:17

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya idmançılarının 2024-cü ildə Parisdə keçiriləcək Olimpiadada iştirakı ilə bağlı yekun qərarı martda verəcək, komitənin prezidenti Tomas Bax deyib. Azreform.info-nun məlumatına görə, bunu Inside the Games yazır.

“Biz bu məsələni [Rusiyanın iştirakı] icraiyyə komitəsinin son iclasında müzakirə etməmişik. Olimpiya sammitində biz geosiyasi vəziyyəti və onun idmana təsirini öyrənəcəyik”, - Bax deyib.