İordaniya Fələstin xalqına 30 min ton buğda və taxıl tədarük edəcək

9
Noy
2023
13:14

İordaniya Fələstin xalqı üçün humanitar yardım olaraq İordan çayının qərb sahilinə 30 min ton buğda və taxıl tədarük edəcək.

Azreform.info xəbər verir ki, bu barədə Ammon News agentliyi krallığın sənaye, ticarət və qida naziri Yusif əl-Şamaliyə istinadən məlumat yayıb.

Mətbuat konfransında danışan əl-Şamali bu yardımın cümə axşamı günü 10 yük maşını ilə birlikdə İordan çayının qərb sahilinə çatdırılacağını bildirib.

 "Biz Qəzza zolağında davam edən müharibə zamanı Fələstindəki qardaşlarımızı dəstəkləməyə davam edəcəyik. Bu, təklif edə biləcəyimiz ən az şeydir", - o əlavə edib.