Bloomberg: Botlar 2023-cü ildə neftin qiymətinin qalxmasına səbəb oldu

1
Dek
2023
16:02

Bloomberg müşahidəçiləri 2023-cü ildə neft qiymətlərində kəskin sıçrayışların səbəbi kimi botları günahlandırdılar. Söhbət trendi izləyən, onu daha da gücləndirən CTA botlarının hərəkətlərindən gedir.

Qeyd olunur ki, bu il neft bazarı son dərəcə qeyri-sabit olaraq qalıb. Yalnız son iki ayda Brent markalı neftin qiyməti əvvəlcə 100 dollar/barelə yaxınlaşıb, sonra isə kəskin şəkildə 70 dollar/barelə düşüb. Ekspertlərin fikrincə, bu cür kəskin sıçrayışları OPEK-in hərəkətləri və ya Yaxın Şərqdəki hadisələrlə tam izah etmək olmaz. STA neft bazarında daha güclü bir qüvvə kimi meydana çıxır.

Azreform.info