Ceyhun Bayramov Belçikaya getdi

20
Mar
2024
12:14

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov martın 20-də Belçika Krallığına işgüzar səfərə yola düşüb.

Bu barədə Azreform.info a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində nazir C.Bayramovun 21 mart tarixində Brüssel şəhərində keçiriləcək Nüvə Enerjisi Sammitində iştirakı və çıxışı, eləcə də bir sıra ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.