Namizədlər arasında ən zəngini Trampdır

9
Noy
2023
10:44

ABŞ-ın keçmiş prezidenti Donald Tramp “Forbes” jurnalının dərc etdiyi reytinqə əsasən, 2024-cü il seçkilərində Ağ Evin növbəti rəhbəri vəzifəsinə bütün namizədlər arasında ən zənginidir.

Azreform.info xarici mətbuata istinadən xəbər verir ki, jurnalın yazdığına görə, Trampın xalis sərvəti 2,6 milyard dollardır, təqribən 880 milyon dollar sərvəti ilə Respublikaçılar Partiyasının namizədi Vivek Ramasvami, üçüncü yerdə isə ən azı 100 milyon dollar sərvəti ilə Respublikaçı Şimali Dakota qubernatoru Duq Burqumdur.

Maraqlıdır ki, hazırkı prezident Co Bayden reytinqdə altıncı yeri tutdu; jurnal onun sərvətini 10 milyon dollar qiymətləndirir.