Ermənistandan daha bir Rusiya qadağası

18
Mar
2024
17:07

Ermənistan öz ərazisində Rusiya telekanallarının yayımı ilə bağlı yeni təkliflər təqdim edəcək.

Azreform.info xəbər verir ki, bunu Ermənistanın yüksək texnologiyalı sənaye naziri Mxitar Ayrapetyan deyib.

Nazirin sözlərinə görə, yeni təkliflər vəziyyəti həll etmək üçün daha əvvəllər də cəhdlər edilib.

Nazir bildirib ki, 2023-cü ilin sonunda Ermənistanın Televiziya və Radio Komissiyası Rusiya telekanallarının  yayımında pozuntular qeydə alınıb. "Bu isə o deməkdir ki, müqavilədə olan və bu cür mesajlara nəzarət etmək və ya qarşısını almaq üçün tətbiq edilən alətlər əslində işləmir.
Qərarlar həm sazişin bütün məntiqindən, həm də Ermənistanın dövlət maraqlarından irəli gəlir", - nazir əlavə edib.

Bundan əlavə, o, danışıqlar zamanı Rusiya telekanallarının ictimai multipleksdən çıxarılması məsələsinin müzakirə edilib-edilməyəcəyi ilə bağlı açıqlama verməkdən imtina edib. 

Mürtəza
Azreform.info