Şeyx bundan sonra dini, elmi işlərlə məşğul olacaq

9
Noy
2023
10:35

"İnşallah bundan sonra bir ruhani və idarənin əmıkdaşı olaraq fəaliyyət göstərəcəm. Əsasən dini-elmi işlərdə olmağı düşünürəm" .

Bunu Azreform.info-ya Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov deyib.

Qeyd edək ki, R.İgidov GMİ-nin bu ilin sonunda keçiriləcək şeyx seçkilərində iştirak etməyəcək.

O, bildirib ki, bu il sonunda onun səlahiyyət müddəti başa çatır və növbəti dəfə seçkilərdə iştirak etməyəcək.

Onu da xatırladaq ki, R.İgidov 2013-cü ilin dekabr ayından Gürcüstan Müsəlmanları İdarəsinin şeyx vəzifəsini icra edir.