Əli Əsədov Gürsüstana səfərə dəvət edilib

16
Mar
2024
14:21

Bakıda səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycandan olan həmkarı Əli Əsədovla görüşüb.

“Report”un “Sputnik Gruziya”ya istinadən verdiyi xəbərə əsasən, baş nazirlər ikitərəfli münasibətləri müzakirə ediblər.

Tərəflər strateji əməkdaşlıq, iqtisadi-ticari əlaqələrin dərinləşməsi, birgə regional layihələr, Orta dəhlizin inkişafı mövzuları ətrafında müzakirə aparıblar.

İ.Kobaxidze Əli Əsədovu Gürcüstana səfərə dəvət edib, ölkəsinin Cənubi Qafqazda sülh və əmin-amanlığın təmin edilməsi üçün səylərini davam etdirməyə hazır olduğunu bəyan edib.