Hakan Fidan Azərbaycanda səfərdədir

15
Mar
2024
00:49

Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıda səfərdədir.

Azreform.info ” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, türkiyəli diplomat Bakı vaxtı ilə saat 23:55-də çatıb.

Nazir Fidan sabah Türkiyə-Azərbaycan-Gürcüstan üçtərəfli xarici işlər nazirlərinin toplantısında iştirak edəcək.

Həmkarları ilə ikitərəfli görüşlər keçirəcək Fidanın 11-ci Qlobal Bakı Forumunda iştirakı gözlənilir.