Prezident saziş təsdiqlədi

14
Mar
2024
15:07

Prezident İlham Əliyev Azərbaycanla Birləşmiş Millətlər Təşkilatı arasında Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyasının Bakıda keçirilməsinə dair sazişi təsdiqləyib.

Azreform.info -ın xəbərinə görə, dövlət başçısı bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının 2026-cı ildə Bakı şəhərində keçirilməsi üçün Ev Sahibi Ölkəyə dair Saziş”in təsdiq edilməsi haqqında qanunu imzalayıb.

Sənəd 2023-cü il dekabrın 22-də Bakı şəhərində imzalanıb.