Albaniya Prezidenti Azərbaycana işgüzar səfərə gəlib

13
Mar
2024
21:42

Albaniya Respublikasının Prezidenti Bayram Beqay XI Qlobal Bakı Forumunda iştirak etmək üçün martın 13-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

Azreform.info xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Albaniya Prezidenti Bayram Beqayı Azərbaycanın energetika naziri Pərviz Şahbazov və digər rəsmi şəxslər qarşıladılar.