Bu gün səhər tezdən Suriyanın şərqindəki Əl-Ömər neft yatağında yerləşən ABŞ hərbi bazasına ən azı 15 raket atılıb.
Azreform.info xəbər verir ki, Al Mayadeen telekanalının məlumatına görə, bu hücuma görə məsuliyyəti "İraq İslam Müqaviməti" şiə hərəkatı öz üzərinə götürüb.
Məlumata görə, hərəkat daha əvvəl Deyr əz-Zor əyalətindəki Koniko qaz yatağı yaxınlığındakı Amerika bazasına hücum edib. Onun ərazisinə altı raket atılıb. Hücumların nəticələri barədə ətraflı məlumat verilmir.
Şiə qırıcılarının hücumları ABŞ Silahlı Qüvvələrinin Deyr əz-Zor əyalətinin mərkəzinin şərq məhəllələrinə (Dəməşqdən 420 km aralıda) endirdiyi raket zərbəsinə cavab olaraq həyata keçirilib.