Paşinyanın Putinə Yeni il "sürprizi" - Çıxacağıq!

12
Mar
2024
17:28

Bəli, əslində, biz KTMT-də iştirakımızı dondurmuşuq. 

Azreform.info xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

O vurğulayıb ki, KTMT Ermənistanda məsuliyyət zonası ilə bağlı suala cavab verərsə və cavab İrəvanın ideyalarına uyğun gəlsə, o zaman onlar arasında olan məsələlər öz həllini tapacaq: “Əgər belə olmasa, Ermənistan KTMT-dən çıxacaq. Nə vaxt deyə bilmərəm”. 

Sonda Paşinyan zarafatla qeyd edib: “Yeni ilə qədər".

Mürtəza
Azreform.info