Bu ölkə uçan avtomobillərin istehsalına başlayıb

8
Mar
2024
17:42

“Skydrive” şirkəti Yaponiyada “Suzuki” zavodunda “SD-05” (eVTOL) uçan avtomobilinin istehsalına başlandığını açıqlayıb.

Azreform.info xarici KİV-lərə istinadən xəbər verir ki, İvata şəhərində yerləşən müəssisənin istehsal gücü ildə 100 ədəd uçan maşın təşkil edir.

Salonda üç oturacağı olan “Skydrive SD-05” avtomobili 12 elektrik mühərriki ilə təchiz olunub və şaquli uçuş və eniş həyata keçirmək qabiliyyətinə malikdir. Onun maksimal sürəti saatda 100 kilometr, uçuş məsafəsi isə 15 kilometrdir.

2029-cu ilədək uçuş məsafəsinin 30 kilometrə çatdırılması, 2031-ci ilədək isə avtomobilin avtonom idarəetmə sistemi ilə təchizatı planlaşdırılır.