Si Cinpin ordunu müharibəyə hazırlaşmağa çağırdı

8
Mar
2024
01:00

Çin Prezidenti Si Cinpin ordunu dənizdə hərbi münaqişələrə hazırlığı gücləndirməyə və ölkənin dəniz sərhədlərini və maraqlarını qorumağa çağırıb.

Azreform.info xəbər verir ki, o, bu barədə Çin parlamentinin illik sessiyasında bildirib.

Çin liderinin sözlərinə görə, ölkə kiberməkanda müdafiə sistemi yaratmalı və milli şəbəkənin təhlükəsizliyini qorumaq imkanlarını təkmilləşdirməlidir.