Zelenski Zurabişviliyə müraciət edib

9
Noy
2023
09:11
Ukrayna Prezidenti Salome Zurabişviliyə Saakaşvili ilə bağlı müraciət edib

"Mən Mixeil Saakaşvilinin müvafiq tibbi xidmətə çıxışı ilə bağlı məsələ qaldırmışam".

Azreform.info xarici mətbuata istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkədə Gürcüstan Prezidenti Salome Zurabişvili ilə telefon danışığının təfərrüatlarını belə açıqlayıb.

"Gürcüstan prezidenti Salome Zurabişvili telefon danışığı zamanı ukraynalıları təbrik edib. Mən dost gürcü xalqını Avropa Komissiyasının Ukrayna və Gürcüstanın Avropa İttifaqına gedən yolda səylərini müsbət qiymətləndirməsi münasibətilə təbrik etdim. 

Bu yaxınlarda Maltada keçirilən Sülh Formulasının görüşünə nümayəndə göndərdiyinə görə Gürcüstan prezidentinə təşəkkür etdim. 

Həmçinin, mən Ukrayna vətəndaşı Mixeil Saakaşvilinin müvafiq tibbi yardım almaq imkanına malik olması məsələsini qaldırdım”, - deyə Zelenski qeyd edib.