Voleybol üzrə Siyəzən rayon birinciliyi keçirilib

27
Noy
2023
16:48

 

23-24 noyabr 2023-cü il tarixlərdə şəhər 2 nömrəli tam orta məktəbin idman zalında Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş 2006-2008-ci il təvəllüdlü oğlanlar arasında voleybol idman növü üzrə Siyəzən rayon birinciliyi keçirilib.

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Siyəzən rayonu üzrə gənclər və idman sektorunun və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Siyəzən rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə keçirilən yarışda 11 komanda qalib adı uğrunda mübarizə aparıb.

Yarış Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi, Vətən müharibəsinin tarixi əhəmiyyətinin gənc nəsil arasında təbliğ olunması, voleybol idman növünün inkişaf etdirilməsi, idmanın bu növünə marağın artırılması, gənclər arasında sağlam həyat tərzinin təşviq edilməsi, həmçinin asudə vaxtın səmərəli təşkil olunması məqsədi daşıyıb.

Gərgin idman mübarizəsi şəraitində keçən birinciliyin oyunlarının nəticəsinə əsasən Böyük Həmyə kənd tam orta məktəbin “Qələbə” və “Zəfər” komandaları I və II yerləri bölüşüblər, Siyəzən şəhər 2 nömrəli tam orta məktəbin “Dağlılar” komandası isə III yeri tutub.

Mükafatlandırma mərasimində yer tutan komandalar kubok, medal və diplomlarla təltif olunublar.