Amerikalı diplomatdan şok: 40 il bu ölkəyə casusluq edibmiş

1
Mar
2024
15:14

Keçmiş ABŞ diplomatı Viktor Manuel Roşa Kubaya 40 ildən çox casusluq etdiyini etiraf edib.

Azreform.info xarici KİV-ə istinadla xəbər verir ki, o cümə axşamı Florida ştatının Mayami şəhərindəki məhkəmədə günahkar olmadığına dair ilkin ifadəsini dəyişib.

73 yaşlı diplomat 1981-ci ildən başlayaraq gizli şəkildə Kuba hökumətinə məlumat ötürməkdə ittiham olunurdu. Bu müddət ərzində o, ABŞ Dövlət Departamenti və Milli Təhlükəsizlik Şurasında çalışıb.

Roşa 1999-2002-ci illərdə ABŞ-ın Boliviyadakı səfiri vəzifəsində çalışıb.

Onun cəzası aprelin 12-də keçiriləcək məhkəmə iclasında müəyyənləşəcək.

Billurə Yunus