Trampdan Baydenə: Ağıl testindən keç

1
Mar
2024
14:49

İki əqli qabiliyyət testindən keçən Donald Tramp hazırkı Amerika lideri Co Baydenə də eyni şeyi etməyi təklif edib.

Azreform.info xəbər verir ki, Tramp bununla bağlı sosial şəbəkədə paylaşım edib.

"Satqın Co Bayden əqli testindən keçməlidir. Bəlkə bu yolla onun niyə belə pis qərarlar verdiyini anlaya bilərik. İki imtahan verdim, ikisi də yaxşı çıxdı. Bütün prezidentlər və prezidentliyə can atanların hamısı belə bir sınaqdan keçməlidir!” – deyə Tramp yazıb.

Həkim Kevin O'Konnorun çərşənbə günü prezidentin müntəzəm tibbi müayinəsinin nəticələrinə görə dərc etdiyi nəticədən belə çıxır ki, Baydenin səhhəti ona ABŞ prezidenti vəzifəsini icra etməyə tam imkan verir.

Mürtəza
Azreform.info