Heç kim Ukraynaya qoşun göndərmək istəmir - Fiala

1
Mar
2024
06:21

Fransa Prezidenti Emmanuel Makronun nə deməsindən asılı olmayaraq, Avropada heç kim Ukraynaya qoşun göndərmək istəmir.

Azreform.info xəbər verir ki, bu barədə Çexiya Baş naziri Petr Fiala deyib.

Onun sözlərinə görə, Parisdə keçirilən sülh sammitində NATO hərbi dövlətlərinin Ukraynaya göndərilməsi mövzusu minimum dərəcədə müzakirə olunub.