Moldovanın separatçı Dnestryanı bölgəsi Rusiyadan kömək istəyib və Kreml bu çağırışa müsbət cavab verib.
Azreform.info xəbər verir ki, yerli medianın yazdığına görə separatçı Dnestryanı bölgəsinə rəhbərlik edənlər Rusiyadan dəstək istəmək üçün bir araya gəlib. Separatçı rejim Moldova hökumətinin iqtisadi təzyiqlərindən müdafiə olunmaq adı altında Rusiyadan kömək istəyib və Rusiya Xarici İşlər Nazirliyi də bu çağırışa müsbət cavab verib.
Separatçı rejimin Kremlə ünvanladığı müraciətdə deyilir ki, Moldovan hakimiyyətinin son zamanlar bölgəyə təzyiqlərinin artması nəticəsində Dnestryanıda yaşayan təxminən 220 min Rusiya vətəndaşı müdafiəsiz vəziyyətdədir.
Rusiya Xarici İşlər Nazirliyi isə bəyan edib ki, Dnestryanı bölgənin sakinlərinin müdafiəsi onların prioritetidir.
"Dnestryanı sakinlərin maraqlarının qorunması prioritetlərindən biridir. Bütün daxil olan müraciətlər Rusiyanın müvafiq qurumları tərəfindən diqqətlə qiymətləndirilir", - RF XİN-nin açıqlamasında deyilir.
Bu isə onu deməyə əsas verir ki, Dnestryanında da münaqişə istənilən an alovlana və aktiv fazaya keçə bilər.
Mürtəza
Azreform.info