Kral ailəsinin kürəkəni evində ölü tapıldı - FOTO

28
Fev
2024
20:21

Kral Çarlzın əmisi oğlu Kent şahzadəsi Mayklın kürəkəni Tomas Kinqston vəfat edib.

Azreform.info xarici KİV-ə istinadla xəbər verir ki, 45 yaşlı Kinqston bazar günü axşam Kotsvoldsdakı evində ölü tapılıb.

Onun ölümü ilə bağlı saraydan açıqlama verilib:

“Sevimli oğlumuz və qardaşımız Tomas Kinqstonun vəfatını dərin hüznlə elan edirik. Tom onu ​​tanıyan hər kəsin həyatını işıqlandıran qeyri-adi bir insan idi. Onun ölümü bütün ailə üçün böyük bir şok oldu”.

Onun hansı səbəbdən öldüyü məlum deyil.

Günay