Yazda çevrilişə cəhd oluna bilər -  Kəşfiyyat 

27
Fev
2024
21:35

Ukrayna Prezidenti Vladimir Zelenskinin legitimliyi şübhə altına alına və yazda çevrilişə cəhd oluna bilər.

Azreform.info xəbər verir ki, bu barədə Ukrayna prezidenti yanında Kəşfiyyat Komitəsi məlumat yayıb.

“Maydan-3” xüsusi əməliyyatı 2024-cü ilin mart-may aylarında kulminasiya nöqtəsinə çatacaq”, - komitənin bəyanatında deyilir.

Bildirilib ki, qarşıdakı həftələrdə həm Ukrayna daxilində, həm də dünyanın digər yerlərində münaqişələri qızışdırmaq cəhdləri olacaq və mayın 20-dən sonra Zelenskinin legitimliyi şübhə altına düşə bilər.

Komitə həmçinin iddia edir ki, onlar iyunun birinci yarısına qədər Ukraynadakı vəziyyəti qarışdırmaq, sonra isə ölkənin şərqində Kiyevin hərbi məğlubiyyətə uğradılması planlaşdırılır.