Rusiyanın hücumuna hazır olmalıyıq - Makron

27
Fev
2024
18:35

Avropa liderləri yaxın illərdə Rusiyanın mümkün hücumuna hazırlaşmalıdırlar.

Azreform.info "El Mundo"ya istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Avropa ölkələrinin Ukraynaya dəstək üzrə qeyri-rəsmi sammitində deyib.

"Kollektiv təhlil ondan ibarətdir ki, biz yaxın bir neçə ildə Rusiyanın hücumuna hazır olmalıyıq", - Makron deyib.

Mürtəza
Azreform.info