Pakistanda ilk: Məryəm Nəvaz əyalət rəhbəri oldu

27
Fev
2024
16:14

Pakistanda ilk dəfə qadın əyalət rəhbəri seçilib.

Azreform.info xarici KİV-ə istinadla xəbər verir ki, Pəncab əyalət məclisində keçirilən səsvermə nəticəsində Məryəm Nəvaz Pəncab əyalətinin rəhbəri seçilib.

Pakistan Müsəlman Liqası-Nəvaz (PML-N) sədrinin müavini və keçmiş baş nazir Nəvaz Şərifin qızı Məryəm 371 yerlik Pəncab Assambleyasında 220 üzvün səsini toplayıb.

Pəncab Assambleyasında PML-N 193 yerlə çoxluq təşkil edir.

Günay