Bayden: "İsrail Ramazan ayında Qəzzada fəaliyyətini dayandıracaq"

27
Fev
2024
11:42

“İsrail Ramazan ayı ərzində Qəzzadakı hərəkətlərini dayandıracaq”.

Azreform.info xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden açıqlama verib.

“Ramazan yaxınlaşır və israillilər girovları xilas etməyimiz üçün bizə vaxt verəcək. Buna görə də Ramazan ayında əməliyyat etməyəcəklər”, - deyə o, əlavə edib.

Qeyd edək ki, Misir, Qətər və ABŞ rəsmilərinin vasitəçiliyi ilə Qətərin paytaxtı Dohada atəşkəs danışıqları aparılır.

Bayden əvvəlki açıqlamalarında atəşkəs danışıqlarının martın 4-nə qədər yekunlaşacağına ümid etdiklərini bildirmişdi.

Günay