İsrail Müdafiə Qüvvələri Fələstinin HƏMAS radikal qruplaşmasının yaraqlılarının Qəzza zolağı ətrafında hərəkət etmək üçün təcili yardım maşınlarından istifadə etdiyinə dair sübutlar açıqlayıb.
Azreform.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Yedioth Ahronoth informasiya portalı məlumat yayıb.
Terrorçuların Fələstin anklavında hərbi əməliyyatlar üçün təcili tibbi yardım maşınları və xəstəxanalardan istifadə etməsini 7 oktyabr qırğınında iştirak etmiş Həmas-ın elit Nuxba bölməsinin yaraqlılarının İsrail Baş Təhlükəsizlik Xidmətinin dindirmə protokollarından dərc olunmuş çıxarışlar da sübut edir.
Onların sözlərinə görə, HƏMAS-ın xarici görünüşü “mülki təcili yardım maşınlarına bənzəyən maşınlar var ki, şübhə doğurmasınlar və İsrail tərəfindən bombardmanlara məruz qalmasınlar”.