Türkiyənin Elazığ rayonunda mədəndə çökmə baş verib.
Azreform.info “Haberler.com”a istinadla xəbər verir ki, hadisən nəticəsində 3 nəfər yerin altında qalıb.
Bölgəyə AFAD, UMKE, təcili tibbi yardım əməkdaşları və təhlükəsizlik qüvvələri sövq edilib.
Elazığ valisi Ömər Toraman yerin altında qalan 4 işçidən 1-nin xilas edildiyini bildirib.
Xatırladaq ki, ötən gün Ərzincan vilayətinin İliç rayonunda qızıl mədəninin yerləşdiyi geniş ərazidə torpaq sürüşməsi baş verib. Hadisə nəticəsində 9 nəfər itkin düşüb.
Günay