Ərdoğan Türkmənistanın ağsaqqalı oldu

26
Fev
2024
15:35

Türkmənistan prezidenti Berdiməhəmmədov türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana “Türkmənistanın fəxri ağsaqqalı” adı verib. 

Azreform.info xəbər verir ki, o bu barədə Ərdoğana 70 illik yubileyi münasibətilə göndərdiyi təbrikdə bildirib. 

Berdiməhəmmədov qeyd edib ki, bu ad “yaşlı nəslə hörmət əlaməti” və “Türkmən-Türkiyə münasibətlərinin inkişafına böyük şəxsi töhfəsinə görə” verilib.