Berbok Odessada 4 saat sığınacaqda qalıb

25
Fev
2024
14:07

Almaniyanın xarici işlər naziri Annalena Berbok Odessaya səfəri zamanı sığınacaqda gizlənib.

Azreform.info xəbər verir ki, bu barədə Almaniyanın “Zeit” nəşri məlumat verib.

“Annalena Berbok Odessada həyəcan siqnalından sonra qısa müddətdə sığınacqda gizlənmək məcburiyyətində qalıb. Nazir sığınacaqda 4 saata yaxın vaxt keçirib”, - nəşr bildirib.

Qeyd edək ki, fevralın 24-də Almaniya xarici işlər naziri Annalena Berbok Ukraynanın Odessa şəhərinə səfər etmişdi.