Qərbdə hamı Ukraynanın qalib gəlməsini istəmir - Danilov

24
Fev
2024
21:35

Qərbdə heç də hamı Ukraynanın qalib gəlməsini istəmir.

Azreform.info xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.

“İstəsəydilər, bizə vaxtında müasir silahlar verərdilər. Qərb buna göz yumur, adekvat cavab vermək istəmir", - Danilov vurğulayıb.

Danilovun fikrincə, əgər Kiyev F-16 qırıcılarını alsaydı, Avdeyevkanın işğalının qarşısını ala bilərdi.