Qəzzada girovların dəyişdirilməsi ilə bağlı razılıq əldə olundu

24
Fev
2024
20:56

Qəzza zolağında girovların dəyişdirilməsinin yeni şərtləri ilə bağlı razılıq əldə olunub.

Azreform.info ” xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bildirilib ki, razılıq Parisdə keçirilən çoxtərəfli məsləhətləşmələrdə qəbul olunub. 

Hazırda bununla bağlı Misir, ABŞ, Qətər və İsrail nümayəndələri arasında görüş keçirilir. Atəşkəs rejiminin perspektivləri barədə müzakirələr aparılır.