Sabiq baş nazir həbs edildi

24
Fev
2024
15:14

Avstriyanın keçmiş baş naziri Sebastyan Kurz həbs cəzasına məhkum edilib. 

Azreform.info xəbər verir ki, Vyanada keçirilən məhkəmə iclasında hökumətin korrupsiya iddiaları ilə bağlı araşdırma zamanı yalan ifadə verməkdə günahlandırılan Kurz 8 ay şərti həbs cəzası alıb.

Qeyd edək ki, Avstriya Xalq Partiyasının “dahi uşağı” adlandırılan və 2017-ci ildə baş nazir vəzifəsini icra edən və 2020-ci ildə hakimiyyətə qayıdan Sebastyan Kurz 2021-ci ildə rüşvətxorluqda şübhəli bilinərək növbəti araşdırmadan sonra istefa verib.

Mürtəza
Azreform.info