Zelenski Ermənistana səfər edəcək - KİV 

24
Fev
2024
11:07

Ukrayna prezidenti Vladimir Zelenski yaxın vaxtlarda Ermənistana səfər edəcək. 

ÖlkəAz xəbər verir ki, bu barədə Factor.am öz mənbələrinə istinadən xəbər verir.

“Etibarlı mənbəmizin bildirdiyinə görə, hazırda Ukrayna prezidentinin Ermənistana səfəri hazırlanır, lakin səfərin tarixi son olaraq təsdiqlənməyib. Vaxtı ilə bağlı Ukrayna tərəfi ilə danışıqlar aparılır. Vladimir Zelenskinin İrəvana martda gələcəyi gözlənilir”, Factor.am yazır.
Ukraynanın Ermənistandakı müvəqqəti işlər vəkili Valeri Lobaç Factor.am ilə söhbətində bu məlumatı təkzib etməyib. 

Mürtəza
Azreform.info