Ukrayna Prezidenti Volodimir Zelenski “Netflix” yayım platformasında “Tipping Point: The Bomb and the Cold War” sənədli serialında rol alıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, doqquz seriyadan ibarət layihənin treyleri yutubda yayımlanıb.
Serial soyuq müharibənin ilkin şərtləri, nüvə bombasının yaradılması, SSRİ-nin dağılması və xüsusi hərbi əməliyyatdan bəhs edir.
Filmin rejissoru Brayan Kippenberqer hesab edir ki, Rusiya-Ukrayna münaqişəsi Soyuq müharibənin nəticələrindən biridir.
Qeyd edək ki, serialın premyerası martın 12-də baş tutacaq.