Acun Ilıcalı yeni kanal alır - Nəhəng iş

23
Fev
2024
20:07

Məşhur iş adamı Acun Ilıcalı Almaniyada kanal almağı planlaşdırır.

Azreform.info Türkiyə mediasına istinadla xəbər verir ki, “Sport1” idman kanalının səhmlərinin 50%-i 30 milyon avroya başa gələcək.

“Reuters”in məlumatına görə, "ACUNMEDYA"nın idmanla bağlı reallıq formatları gələcəkdə “Sport1”də də yayımlanacaq. Agentlik almandilli tamaşaçılar üçün uyğunlaşdırılacaq ilk tamaşanın “Exatlon” idman reallığı müsabiqəsi olacağını açıqlayıb.

“Sport1”in "ACUNMEDYA"ya satışı hələ rəqabət və media tənzimləyici orqanlar tərəfindən təsdiqlənməyib.

Günay